İlham Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul etmişdir
Text size
21 sentyabr 2013, 11:00
Prezident İlham Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul etmişdir.
Görüşdə Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi qeyd olundu, müasir idman infrastrukturunun yaradılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirildi. Söhbət zamanı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığa, ölkəmizdə futbolun inkişafı istiqamətində islahatların aparılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.