İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisini və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul etmişdir
Text size
16 sentyabr 2013, 16:00
Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT–in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.
Görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.