“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu
21 oktyabr 2010, 18:10
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №6, maddə 477; 2008-ci il, №10, maddə 886; 2009-cu il, №12, maddə 966) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 6.1.12-ci maddədə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilsin, “və şəxsiyyət vəsiqəsinin nömrələri” sözləri “nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin;
2. 6.1.15-ci, 6.1.16-cı və 6.1.17-ci maddələrdə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il.