İlham Əliyev AŞPA-ın Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbərini qəbul etmişdir
Text size
21 oktyabr 2010, 13:20
İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının rəhbəri Pol Villin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı təbliğat və seçkilərə hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.