logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Astara rayonuna səfərə gəlmişdir

Text size icon-size icon-size

04 sentyabr 2013, 23:35

Prezident İlham Əliyev Masallıya səfərini başa çatdıraraq Astara rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Astara şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Prezidentinə Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, son illərdə Heydər Əliyev Parkı sakinlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Parkda astaralıların və rayonun qonaqlarının asudə vaxtlarını səmərəli təşkil etmək üçün geniş şərait yaradılmış, fəvvarələr quraşdırılmış, yaşıllıq zolaqları salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi