logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

04 sentyabr 2013, 18:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə əlaqədar, Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə


Babayev Kamran İmran oğlu
Əkbərova Şölə Mürşüd qızı
Xudaverdiyev Ağahüseyn Kamal oğlu

“Tərəqqi” medalı ilə


Əliyev Comərd Rasim oğlu
Əzizov Fariz Nazim oğlu
Muradov Əmin Kamran oğlu
Muradov İlqar Nazim oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi