İlham Əliyev Salyan rayonuna səfərə gəlmişdir
04 sentyabr 2013, 12:10
Prezident İlham Əliyev ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanmışdır. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda Ulu Öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.
Diqqətə çatdırıldı ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınmış, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, qranit və asfalt döşənmiş, su anbarı inşa olunmuşdur.