logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıDoktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

30 avqust 2013, 18:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

1.2. Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat

1.3. Orta ixtisas təhsili müəssisələrində:

əla qiymətlərlə oxuyan tələbələrə – 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat

1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi