logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

Text size icon-size icon-size

26 avqust 2013, 18:30

Hörmətli cənab Prezident!

Sizi və dost Moldova xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaqdır.

Hörmətli cənab Prezident, sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi