Uruqvay Şərq Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Muxikaya
Text size
24 avqust 2013, 17:40
Hörmətli cənab Prezident,
Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 avqust 2013-cü il.