logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

15 avqust 2013, 18:05

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” İsmayıllı rayonunda da uğurla həyata keçirilir. Yerinə yetirilmiş mühüm infrastruktur layihələri, geniş abadlıq-quruculuq işləri, inşa edilmiş Olimpiya İdman Kompleksi, çoxsaylı turizm-istirahət mərkəzləri və digər sosial yönümlü obyektlər turizmin inkişafına, əhalinin məşğulluğunun artırılmasına təkan vermişdir.

İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 avqust 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi