logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağüstü parkda olmuşlar

Text size icon-size icon-size

13 avqust 2013, 20:15

Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağüstü parkda olmuşlar.

Dövlət başçıları bu yaxınlarda yenidənqurmadan sonra istifadəyə verilən Dağüstü parkı gəzdilər.

Bu gün Bakıda yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir. Nəticədə şəhər daha da gözəlləşir. Yenidən qurulan Dağüstü Park da indi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilmişdir. Bu parkdan paytaxtımıza və Bakı buxtasına ecazkar mənzərə açılır.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Dağüstü parkdan Bakının mənzərəsini seyr etdilər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi