İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlmişdir
14 oktyabr 2010, 10:48
Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə gəlmişdir.
Azərbaycanın bütün regionları kimi, Mingəçevir şəhəri də özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, quruculuq işləri geniş vüsət almışdır. Cari ilin birinci yarısında Mingəçevir şəhərinin istehsal müəssisələrində 55 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, tikinti-quraşdırma işlərinə 20 milyon manat vəsait xərclənmiş, əsas kapitala 22 milyon manat investisiya yönəldilmiş, istehlak bazarında 73 milyon manatlıq mal satılmış və xidmətlər göstərilmişdir. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və yenidən qurulması diqqət mərkəzində saxlanılmışdır. Mingəçevirdə aparılan abadlıq və quruculuq işləri bu gün də davam edir, yeni parklar və istirahət ocaqları salınır.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəzdilər, burada aparılan abadlıq və quruculuq işləri ilə tanış oldular.