Elman Səmədovdan, Bakı, Azərbaycan
05 avqust 2013, 10:00
Hörmətli cənab Prezident!
İcazə verin, ilk öncə Sizə dərin təşəkkürümü bildirim. “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alaraq ayağını itirmiş azyaşlı İmran Cəfərzadəyə göstərdiyiniz kömək məni həddən artıq sevindirdi. İmranın timsalında bütün uşaqlara göstərdiyiniz bu qayğı, onların gələcəyinin işıqlı və parlaq olacağına təminat verir. Azərbaycan vətəndaşı kimi mən bir daha qəti şəkildə əmin oldum ki, bu gün xalqına xüsusi qayğıkeşliklə yanaşan dövlət başçımız var. Biz Sizə güvənir və inanırıq. Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildirməklə yanaşı, bir daha“çox sağ olun” deyirik.
Hörmətlə,
Səmədov Elman Əjdər oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.