İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
26 iyul 2013, 13:00
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqlar prosesi və Azərbaycanda qaçqınların vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.