Monteneqronun Prezidenti Zati-aliləri cənab Filip Vuyanoviçə


12 iyul 2013, 18:10
Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Monteneqro əlaqələri dinamik inkişaf yolundadır. Yüksək səviyyədə qarşılıqlı səfərlərimiz və ölkələrimiz arasındakı əməkdaşlığa dair imzalanan sənədlər bu inkişafa güclü təkan vermişdir.
İnanıram ki, dövlətlərarası münasibətlərimizin bütün sahələrdə dərinləşməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına isə daim sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 iyul 2013-cü il.