İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər nazirini qəbul etmişdir
Text size


08 iyul 2013, 14:20
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı həmçinin, Azərbaycanla Ukrayna arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişafından məmnunluq ifadə olundu.