İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
02 iyul 2013, 17:00
Prezident İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Səfir İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı. Söhbət zamanı ölkələrimizin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.