logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

01 iyul 2013, 18:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

Bağırov Səhlab Aloş oğlu - Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini

Novruzov Səbuhi Məhərrəm oğlu- Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini

Təhməzov Mehman Vəli oğlu - Azərbaycan Respublikasında İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi