İlham Əliyev İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
01 iyul 2013, 17:00
Prezident İlham Əliyev İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, əlaqələrimizin enerji, sərmayə qoyuluşu, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.