İlham Əliyev Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavinini qəbul etmişdir
25 iyun 2013, 18:00
Prezident İlham Əliyev Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin BMT çərçivəsində əməkdaşlığının önəmi vurğulandı. Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibindəki uğurlu fəaliyyəti və ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfə yüksək qiymətləndirildi, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.