İlham Əliyev Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə görüşmüşdür
Text size
21 iyun 2013, 23:00
Brüsseldə Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun görüşü olmuşdur.
Əvvəlcə rəsmi foto çəkdirildi.
Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Görüşdə əlaqələrimizin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.