logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Sədərəkdə “N” hərbi hissəsi ilə tanış olmuşdur

Text size icon-size icon-size

05 oktyabr 2010, 15:40

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki “N” hərbi hissəsində olmuşdur.

Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır.

Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilmişdir. 

Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr etdi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi