İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:27
Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirildi. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.