İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəsini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
Text size
06 iyun 2013, 15:05
Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu, Roland Kobianın əməkdaşlığımızın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi, əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.