logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Almaniyanın keçmiş xarici işlər nazirini qəbul etmişdir

Text size icon-size icon-size

06 iyun 2013, 15:00

Prezident İlham Əliyev Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşeri qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sənaye, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi