İlham Əliyev Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibini qəbul etmişdir
05 iyun 2013, 13:20
Prezident İlham Əliyev Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyevi qəbul etmişdir.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlətimizin başçısına təqdim etdi.
Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin xidmətləri ehtiramla xatırlandı.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.