Çex Respublikasının Prezidenti Miloş Zemandan


04 iyun 2013, 18:10
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli qarşılıqlı faydalı əlaqələrin dinamik şəkildə davam etməsindən çox məmnunam. Sizi əmin edirəm ki, yeni seçilmiş Prezident kimi mən qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizin gələcək inkişafı istiqamətində işləmək istəyirəm.
Mən, həmçinin Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasına və onun xalqına böyük ehtiram və hörmət bəsləyirəm.
Çex Respublikası Azərbaycan Respublikasının yaxın dostu olaraq qalır, Avropa İttifaqı-Azərbaycan, NATO-Azərbaycan əlaqələrinin inkişafı və güclənməsinə töhfə verməyə hazırdır.
Zati-aliləri, xahiş edirəm mənim ən dərin ehtiramımı qəbul edin.
Miloş Zeman
Çex Respublikasının Prezidenti