İlham Əliyev ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşavirini qəbul etmişdir
04 iyun 2013, 17:35
Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul etmişdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev ABŞ Prezidenti Barak Obamanın məktubuna görə minnətdarlığını bildirdi.
Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulandı, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.