İlham Əliyev Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul etmişdir
03 iyun 2013, 15:00
Prezident İlham Əliyev Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əlaqələrin münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası Parlament Assambleyasında fəal əməkdaşlıq etdiyi qeyd olunaraq bu qurumda qarşılıqlı dəstəyin verilməsi yüksək qiymətləndirildi.