İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
31 may 2013, 16:30
Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın siyasi, iqtisadi, enerji, birgə layihələrin həyata keçirilməsi, təhlükəsizlik, mədəniyyət və digər mühüm sahələri əhatə etdiyi bildirildi, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətli rolu qeyd olundu.
Görüşdə, həmçinin Avropa İttifaqı və NATO əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.