İlham Əliyev Serbiyanın keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir
Text size
31 may 2013, 16:00
Prezident İlham Əliyev Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul etmişdir.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun humanitar sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşaması, mövcud olan yüksək tolerantlığın önəmi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.