İlham Əliyev Bolqarıstanın sabiq Prezidentini qəbul etmişdir
Text size
31 may 2013, 15:20
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanovu qəbul etmişdir.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu və mühüm əhəmiyyət daşıdığı vurğulandı, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi Foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirildi.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu qeyd edildi.