İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul etmişdir
Text size
31 may 2013, 15:10
Prezident İlham Əliyev Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirildi.
Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.