İlham Əliyev BMT Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsini qəbul etmişdir
Text size
30 may 2013, 17:00
Prezident İlham Əliyev BMT Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasseri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə BMT-nin ayrı-ayrı strukturları, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı məmnunluqla vurğulandı, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir-birinə yaxınlaşmasında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu və əlaqələrimizin bundan sora da genişlənəcəyinə əminlik ifadə edildi.