İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul etmişdir
Text size
30 may 2013, 16:45
Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul etmişdir.
Görüşdə ölkələr və xalqlararası əlaqələrin genişləndirilməsində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi qeyd olundu, Forumda müzakirə edilən məsələlərin əhəmiyyəti vurğulanaraq bu məsələlərin müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi bildirildi.
Söhbət zamanı, həmçinin Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.