İlham Əliyev ABŞ senatoru Riçard Luqarı qəbul etmişdir
Text size
29 may 2013, 18:05
Prezident İlham Əliyev ABŞ senatoru Riçard Luqarı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi, Forumun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.