logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

ABŞ-ın dövlət katibi Con Kerridən

Text size icon-size icon-size

24 may 2013, 16:50

28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etməkdən məmnunam.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası möhkəm tərəfdaşlıq əlaqələri qurmuşlar. Biz müstəqilliyin möhkəmləndirilməsində, demokratik təsisatların gücləndirilməsində və iqtisadi islahatların təşviqində Azərbaycanı dəstəkləməyə sadiqik.

Təhlükəsizlik məsələlərinə gəlincə, hərbçilərimiz sülh və təhlükəsizlik naminə çiyin-çiyinə dayandığından Əfqanıstanın gələcəyinə töhfələrinə görə Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk. Həmçinin, uzun illər davam edən ikitərəfli enerji əməkdaşlığı gələn ay “Cənub” dəhlizi barədə son qərar qəbul edildikdən sonra yeni mərhələyə qədəm qoyacaqdır.

Belə bir əlamətdar günü qeyd edərkən daha dinc və çiçəklənən bir dünya qurmaq üçün Sizinlə birgə çalışacağımıza ümidvarıq.

Con Kerri

ABŞ-ın dövlət katibi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi