Roma Papası Frensisdən
Text size
24 may 2013, 16:20
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Tanrıdan diləyirəm ki, hər bir bəndəsinə xoşbəxt və mehriban ailədə yaşamaq nəsib etsin.
Zati-aliləri, Sizə, ölkənizin siyasi rəhbərliyinə və xalqınıza Ulu Tanrıdan bol-bol xeyir-dua diləyirəm.
Hörmətlə,
Roma Papası Frensis