logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçdən

Text size icon-size icon-size

24 may 2013, 16:05

Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan məmnunam, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulayıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq daha da inkişaf edəcəkdir. Bu yaxınlarda keçirdiyimiz səmimi görüş bu məqsədə töhfə vermişdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

İvo Yosipoviç
Xorvatiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi