logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Text size icon-size icon-size

24 may 2013, 15:45

Zati-aliləri, 

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasındakı mövcud yüksək səviyyəli əməkdaşlıq gələcəkdə qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımıza firavanlıq gətirəcəkdir.

Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm.

Asif Əli Zərdari
Pakistan İslam Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi