İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür
Text size
19 may 2013, 21:30
Prezident İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanan görüşdə ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Sonra danışıqlar işçi nahar zamanı davam etdirildi.