logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür

Text size icon-size icon-size

14 may 2013, 18:50

Prezident İlham Əliyev Avstriyaya rəsmi səfəri çərçivəsində BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov ilə görüşmüşdür.

Dövlət başçısı BMT-nin Vyana ofisinə gəldi.

Baş direktor Yuri Fedotov Prezident İlham Əliyevi qarşıladı.

Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu qurumun, ümumiyyətlə BMT-nin həyata keçirdiyi fəaliyyətə və ümumi proseslərə töhfə verdiyi qeyd olundu. Eyni zamanda, BMT-nin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin Azərbaycanda keçirilməsinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə BMT-nin Vyana ofisi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi