logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Avstriyanın Baş naziri Verner Faymanla görüşmüşdür

Text size icon-size icon-size

13 may 2013, 20:15

Prezident İlham Əliyev Avstriya Respublikasının Baş naziri Verner Faymanla görüşmüşdür.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə olundu. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin bundan sonra da inkişaf etməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı iqtisadi əlaqələrimizin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi