İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerin təkbətək görüşü olmuşdur
Text size
13 may 2013, 17:05
Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirildi.
Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.