Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
07 may 2013, 18:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
İmanov Kamran Sultan oğlu
“Tərəqqi” medalı ilə
Kərimov Fuad Hüsü oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bədəlbəyli Nadirə Rasim qızı
Həsənli Xudayət İskəndər oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2013-cü il.