İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
05 may 2013, 20:35
Prezident İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əlaqələrin uğurla inkişafından məmnunluq ifadə olundu.
Əməkdaşlığımızın perspektivlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.