İlham Əliyev İsrail Dövlətinin keçmiş Baş nazirini qəbul etmişdir
Text size
04 may 2013, 18:00
Prezident İlham Əliyev İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul etmişdir.
Görüşdə Bakıda keçiriləcək Birinci Cənubi Qafqaz Forumunun önəmi qeyd olundu və bu tədbirin beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik bildirildi.
Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu.