logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur

Text size icon-size icon-size

03 may 2013, 14:25

Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir işlərinə 2012-ci ildə başlanılmışdır. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulmuşdur. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülmüşdür. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev Bayraq Meydanında görülmüş işlərdən razılığını bildirdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi