İlham Əliyev bp Şirkətinin prezidentini qəbul etmişdir
Text size
02 may 2013, 14:45
Prezident İlham Əliyev bp Şirkətinin prezidenti Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edildi.
bp Şirkətinin prezidenti Robert Dadli “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.